Mercedes-Benz

Komplektasiya

Seriya komplektasiyasında əsas təchizat xüsusiyyətləri.

Yandan əsən külək zamanı sabitləşdirmə sistemi

Külək yandan əsdiyi zaman seçilmiş zolaqla hərəkət etməyə kömək edir.

Əyləcin aktivləşdirilməsi sayəsində, hərəkət zolağından çıxma dərəcəsini azaldır.

Yandan əsən külək zamanı sabitləşdirmə sistemi, yandan əsən küləyin təsiri altında hərəkət zolağından çıxma halını vaxtında müəyyən edir və sürücüyə avtomobili hərəkət zolağında saxlamağa kömək edir. Axı hərəkət zolağından qəfil çıxmaq sürücünün sükanı xaotik hərəkət etdirməsinə səbəb ola bilər. Bununla əlaqədar olaraq, sürət 80 km/saat-a çatdıqda, yandan əsən külək zamanı sabitləşdirmə sistemi avtomatik olaraq avtomobilin istiqamətini düzəltməyə başlayır. Beləliklə, avtomobilin hərəkət zolağından çıxma dərəcəsi əhəmiyyətli dərəcədə azalır, yan küləyin təsiri isə demək olar ki tamamilə kompensasiya edilir və ya azalır.

Sürücü təhlükəsizlik yastığı

Qabaqdan toqquşma zamanı təkmilləşdirilmiş müdafiə.

Sükan çarxında qabaq təhlükəsizlik yastığı.

Qabaqdan toqquşma zamanı sürücü təhlükəsizlik yastığı mümkün baş və döş travmaları ehtimalını azalda bilər. Təhlükəsizlik yastığı sükan çarxına quraşdırılıb və toqquşmanı müəyyən etdiyi zaman millisaniyə içində işə düşür.

ATTENTION ASSIST sistemi

Sürücüyə həddindən çox yorulma barədə xəbər verir.

Sürücünün vəziyyətinin müəyyən edilməsi üçün əhəmiyyətli xüsusiyyətləri qiymətləndirir.

ATTENTION ASSIST sistemi qısamüddətli yuxuya getmənin qarşısını almağa kömək edə bilər, bununla da hərəkət təhlükəsizliyinin artırılmasına səbəb olur, xüsusilə də, uzunmüddətli və gecə səfərləri zamanı. Sürücüdə həddindən çox yorulmaya və ya diqqətsizliyə xas əlamətlər müəyyən edildiyi zaman bu sistem onu bu barədə vizual və səs siqnalları ilə xəbərdar edir və dayanmağı təklif edir. İdarəetmə üslubunun təhlil edilməsi üçün sükan çarxının hərəkətləri barədə məlumatlar emal olunur və bunun əsasında fərdi sürücü profili tərtib edilir.
Beş pilləli rəngli sütunşəkilli diaqram, cihaz kombinasiyasının çoxfunksiyalı displeyində sürücünün diqqət səviyyəsini əks etdirir. ATTENTION ASSIST sistemi diqqət səviyyəsinin aşağı olduğunu qeydə alırsa, o, displeydə fincan işarəsi və səs siqnalı vasitəsilə dayanma zərurəti barədə bildirir. Sistem 60 km/saat-dan 200 km/saat-dək olan sürət zamanı aktivləşir; cihaz kombinasiyasında onun həssaslığını tənzimləmək və ya onu söndürmək olar.

Əlavə avadanlıq.

Audio 40 audio sistemi

Yüksək naviqasiya, rabitə və ünsiyyət səviyyəsi.

Sensorlu ekran vasitəsilə intuitiv idarəetmə.

17,8 sm (7 dyüm) sensorlu ekrana və quraşdırılmış naviqasiya sisteminə malik olan Audio 40 sistemi rabitə, məlumatlandırma və əyləncə üçün müxtəlif funksiyalarla fərqlənir. Onun funksiyalarının asanlıqla idarə edilməsi üçün 17,8 sm (7 dyüm) diaqonallı ekran nəzərdə tutulub. Onun üzərində aydın şəkildə naviqasiya sisteminin, xoş, aydın üç ölçülü şəhər və istiqamətləndirici təqdimatı ilə, göstərişləri və indikatorları əks olunur. Əlavə üstünlüklərin arasında DAB+ rəqəmsal radio qəbuledicini, Apple® CarPlay və Android Auto smartfonun inteqrasiyası üçün həlli, habelə, audionun axınla ötürülməsi funksiyası ilə, həmçinin səsucaldan funksiyası ilə Bluetooth® interfeysini qeyd etmək olar ki, bunların sayəsində, sürücü telefonu diqqətini avtomobilin idarəsindən yayındırmayaraq istifadə edə bilər. 2 ədəd USB yuva o cümlədən son mobil qurğularına enerji yığmağa imkan verir.

Intelligent Light System LED işıqlandırma sistemi

İşığı ehtiyacın olduğu yerə yönəldir.

İşıqlandırmanın yol şəraitindən asılı olaraq tənzimlənməsi.

İntellektual xarici LED işıqlandırma sistemi sürücü üçün görünüşü yaxşılaşdırır, bununla da hərəkət təhlükəsizliyini artırır, çünki, onun vasitəsilə, yol yatağının işıqlandırılmasını müxtəlif hərəkət şəraitinə uyğun tənzimləmək olar. Bunun üçün, sistem şaquli və üfüqi, habelə, işıqlandırma intensivliyinə görə tənzimlənə bilən adaptiv faralarla təchiz edilib. Komplektasiyanın həcminə, hər şeydən əlavə, qarşı tərəfdən gələn nəqliyyat vasitələri sürücülərinin gözlərinin qamaşmasının qarşısını alan uzaq işıqlandırma faralarının adaptasiyası sistemi, habelə, faraları döndüyünüz istiqamətə çevirən, bununla da yolun işıqlandırmasını əhəmiyyətli dərəcədə yaxşılaşdıran adaptiv döngə işıqlandırma sistemi daxildir. Bundan əlavə, avtomobil kənd yolları ilə və avtomagistrallarla hərəkət üçün faralarla təchiz edilib ki, həmin faraları da, yolların işıqlandırılması dərəcəsindən və yol şəraitindən asılı olaraq, tənzimləmək olar.

Kiçik masa paketi

Səyahət üçün daha çox imkan.

Çoxlu saxlanc yerləri olan praktik masa.

Masa paketinə avtomobildəki səyahətinizi daha xoş edəcək çoxlu sayda funksional komponent daxildir. Yığılan və yeri dəyişdirilə bilən masanın arxasında yemək, işləmək və ya oyun oynamaq olar. Yan divarlardakı stəkanaltlıqları içkiləri etibarlı şəkildə saxlayacaq. Bununla yanaşı, sürücü və qabaq sərnişin oturacaqlarının arxasındakı əlavə saxlanc zənbilləri daxili məkanı daha çox funksional edəcək. 12 V rozetkaya isə enerji yığmaları üçün son mobil qurğuları qoşmaq olar.

Yataq yerləri paketi

Rahat yataq daima sizinlə.

Bir neçə hərəkətlə yataq yerinə çevrilir.

Yataq yerləri paketinin köməyi ilə, həm istirahət etmək, həm də yolda gecələmək istədiyiniz zaman, 2-ci arxa sıradakı üçnəfərlik oturacağı rahatlıqla yataq yerinə çevirə bilərsiniz. Müvafiq uzatma elementi ilə sahəsi: uzadılmış banda təxminən 1,93 m x 1,35 m və ya yığcam banda 2,03 m x 1,35 m olan bütöv yataq yeri əmələ gəlir. Tündləşdirilmiş şüşə istirahət edənləri lazımsız baxışlardan qoruyur.

Arxaya hərəkət üçün kamera

Bilavasitə olaraq avtomobilin arxasındakı zonanın daha yaxşı görünməsi.

Arxaya hərəkət zamanı təhlükəsizlik səviyyəsinin artırılması.

Arxa görünüş kamerası parketmə və manevrləmə zamanı kömək edir: o, bilavasitə olaraq avtomobilin arxasında sürücülər üçün görünməz zonaya nəzarət etməyə imkan verir. Yük yeri qapısının tutacağındakı yaxın fəaliyyət videokamerası avtomobilin arxa hissəsinin ətrafındakı zonanın çəkilişini həyata keçirir və məlumatı qabaqdakı multimedia displeyinə ötürür. Fotorealistik şəkil dinamik əlavə xətlərlə tamamlanır.

Arxa görünüş kamerası arxaya gediş işə salındıqda aktivləşir. O, yalnız manevrləmə prosesi başa çatdıqdan sonra sönür. Bu o deməkdir ki, arxaya gediş 15 saniyə ərzində işə salınmayıb, avtomobil 10 m-dən çox məsafə qət edib və ya onun sürəti 10 km/saat-dan çoxdur. Opsiya olaraq təklif olunan dartı-ilişmə qurğusu ilə birgə qoşquların qoşulmasını asanlaşdıran miqyasdəyişmə funksiyası təklif olunur.

7G-TRONIC PLUS avtomatik sürətlər qutusu

Avtomatik ötürmə – rahatlıq və effektivlik.

Demək olar ki, hissolunmaz ötürmə prosesi.

7G-TRONIC PLUS avtomatik sürətlər qutusuna 7 sürət daxildir ki, bu da istənilən vəziyyətdə mühərrikin dirsəkli valının minimal fırlanma tezliyini qoruyub saxlamağa imkan verir. Ötürücü rəqəmlərin geniş ötürmə diapazonu və sürətlərin səlis dəyişdirilməsi, sürətlərin ötürülməsi zamanı başqa fırlanma tezliyinə keçidin hiss olunması dərəcəsini minimuma endirir. Bu ötürmə rahatlığını artırır və yanacağa qənaət edilməsinə səbəb olur. Komplektasiyaya TEMPOMAT sistemi, gerigetmə sistemi, maksimal sürətlənmə rejiminin açarı, parketmə bloku və təhlükəsizlik idarəetmə üçün müxtəlif funksiyalar daxildir. Bundan əlavə, 7G-TRONIC PLUS sürətlər qutusu ECO Start-Stop plus funksiyası ilə təchiz edilib.
7G-TRONIC PLUS-un idarə edilməsi üçün, sükan çarxının arxasında sağ tərəfdə yerləşən DIRECT SELECT avtomatik sürətlər qutusu selektoru nəzərdə tutulub. DIRECT SELECT avtomatik sürətlər qutusunun sükanaltı sürətlər ötürücüsünün köməyi ilə, sürətləri əllə dəyişmək olar.