İş saatları B.E - Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
Model cərgəsi Model cərgəsi
Servisə yazılmaq Servisə yazılmaq
Test-drayv Test-drayv
Xüsusi təkliflər Xüsusi təkliflər
Əlaqə Əlaqə

Haqqımızda

Şirkət haqqında

“Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildən Mercedes-Benz brendinin Azərbaycandakı rəsmi dileridir.

Bizim salonumuzda siz yeni Mercedes-Benz avtomobillərini əldə edə bilərsiniz. Həmçinin orijinal texnologiyalardan istifadə etməklə, Mercedes-Benz avtomobillərə servis xidməti, istehsalçının zəmanət müddətinə malik olan və zəmanət təminatının sona çatdığı avtomobillər üçün texniki və ban təmiri həyata keçirilir. Əlavə olaraq, orijinal Mercedes-Benz ehtiyat hissələri və aksesuarları əldə edə bilərsiniz.

“Şirkət müştəriləri olduğu müddətcə fəaliyyət göstərir.”

Bu bizim əsas qaydamızdır. Bizim Müştərilərimiz olmadan şirkətimizin mövcudluğu və inkişafı qeyri-mümkün olardı. Biz etimad mühiti yaratmağa, Müştərilərimizi diqqət və qayğı ilə əhatə etməyə çalışırıq. Avtomobil mərkəzimizdə özünüzü rahat hiss etməyiniz üçün, bütün səylərimizi bu istiqamətə yönəldirik.

Compliance

Mercedes-Benz markasını təmsil edən şirkət kimi biz qlobal məsuliyyət daşıyırıq. Bunun nəticəsi olaraq biz BMT-nin Global Compact prinsiplərinə uyğun fəaliyyət göstəririk:

· İnsan hüquqularının qorunması
· İş prossesində fundamental hüququların qorunması, xüsusən də əmək münasibətlərindən öncə və onlar qüvvədə olduğu zamanı diskriminasiyanın, uşaq əməyinin və məcburi əməyin qarşısının allınması
· Davamlı olaraq ətraf-mühitin qorunması
· Korrupsiyaya qarşı mübarizə

Biz korrupsiyaya qarşı mübarizə aparmaq üçün bazardakı nüfuzumuzdan istifadə etməyə çalışırıq. Biz əminik ki, korrupsiyaya qarşı mübarizə bizim nüfuzumuzu gücləndirir və bizə davamlı iqtisadi müvəffəqiyyətə nail olmağa kömək edir.

Biz rüşvət almırıq və vermirik. Biz qanunsuz bizneslə məşqul olmuruq. Biz yalnız müqavilələri ədalətli və hüquqi şəkildə qazanmaq istəyirik. Əməkdaşlarımız və ya iş ortaqları tərəfindən qeyri-etik və ya korrupsiyalı davranışlara dözmürük və bunun əleyhinə ölçü götürürük. Korrupsiyaya əsaslanan qərarlar əxlaqsızdır, rəqabəti pozur, şirkətin aktivlərinə və nüfuzuna zərbə vurur.

Bizim bu mübarizədə müştərilərimizin dəstəyinə ehtiyacımız var. Mercedes-Benz markasını təmsil edən hər hansı bir əməkdaşın fəaliyyətində qeyri-etik və korrupsiyalı davranış müşahidə etdikdə compliance@autocapital.az e-mail ünvanına məktub göndərməyiniz xahiş olunur. Şirkət tərəfindən məktubu göndərən şəxsin anonimliyinə zəmanət verilir.