Hüquqi məlumat
Müəlliflik hüququ
Mercedes-Benz Group AG 2003-2019 müəlliflik hüququ. Bütün hüquqlar qorunur. Bütün mətnlər, təsvirlər, qrafik fayllar, audio-, video- və animasiya faylları, həmçinin onların törəmələri müəlliflik hüququ və əqli mülkiyyəti mühafizəsi haqqında qanunlarla qorunur. Onların kopiyalanması, dəyişdirilməsi və digər veb-saytlarda istifadəsi qadağandır. Mercedes-Benz Group AG –nin bəzi veb-saytları materialları təqdim edən üçüncü şəxslərin müəlliflik hüququnun şamil olunduğu materialları ehtiva edir.
Məhsullar və qiymətlər
Ayrı-ayrı səhifələrin son kopiyalanma tarixindən sonra məhsul və xidmətlərdə dəyişiklik baş verə bilər. Çatdırılma müddəti ərzində istehsalçı/satıcı, alıcı üçün məqbul olduğu halda (“Abşeron Avtomobil Mərkəzi” MMC və Mercedes-Benz Group AG –nin maraqları nəzərə alınmaqla), məhsulun forma və ya konstruksiyasına dəyişiklik etmək, rəng çalarlarında kənarçıxma, həmçinin təchizatın və ya xidmətin həcmində dəyişiklik etmək hüququnu özündə saxlayır. İllüstrasiyalarda əlavə komplektasiya aksessuarları, elementləri və əsas təchizat və ya xidmət həcminə daxil olmayan digər komponentlər ola bilər. Rəng çalarlarında ola biləcək kənarçıxmalar texniki amillərlə şərtlənir. Bəzi səhifələrdə ayrı-ayrı ölkələrdə təklif olunmayan model və xidmətlər də ola bilər. Satış və təchizat şərtlərində ayrı qayda razılaşdırılmadığı halda, təchizat tarixinə aktual olan qiymətlər keçərlidir. Rəsmi dilerlərimiz üçün qiymətlər tövsiyə olunan pərakəndə qiymətlərdir, buna görə də aktual məlumat əldə etmək üçün bölmələrimiz və ya rəsmi dilerimizə müraciət edin.
Əmtəə nişanları
Digər qayda göstərilmədiyi halda, Mercedes-Benz Group AG-nin model adları, loqotip və emblemlər daxil olmaqla, Mercedes-Benz Group AG konserni və “Abşeron Avtomobil Mərkəzi” MMC-nin veb-saytlarındaki bütün əmtəə nişanları Mercedes-Benz Group AG konserninə məxsusdur.
Lisenziya hüquqları
Mercedes-Benz Group AG və “Abşeron Avtomobil Mərkəzi” MMC müasir və informativ veb-sayt yaratmağa çalışır və biz ümid edirik ki, yaradıcı yanaşmamız bizim qədər Sizin də xoşunuza gələcək. Həmçinin, Mercedes-Benz Group AG və “Abşeron Avtomobil Mərkəzi” MMC-nin patentlər, əmtəə nişanları və müəlliflik hüquqları daxil olmaqla öz əqli mülkiyyətini qorumalı olduğumuzu anlayışla qarşılayacağınıza ümid edirik. Xahiş edirik, nəzərə alın ki, nə bu veb-sayt, nə veb-saytda təqdim olunan materiallar hər hansı şəxsə Mercedes-Benz Group AG və ya “Abşeron Avtomobil Mərkəzi” MMC-nin əqli mülkiyyətinə lisenziya hüquqları vermir.
Məsuliyyət
Bu səhifələrdə təqdim olunan məlumatlar açıq-aşkar ifadə olunan və ya nəzərdə tutulan təminat və ya zəmanət hesab olunmur. Xüsusilə, onlar vəziyyət, satışa yararlılıq, müəyyən məqsədlər üçün yararlılıq və ya qanunvericilik və patent hüququnun tələblərinə uyğunluğa münasibətdə nəzərdə tutulan təminat və ya zəmanət hesab olunmur. Veb-səhifələrimizdə həmçinin digər veb-səhifələrə keçidlər var. Xahiş edirik, nəzərə alın ki, biz keçidləri göstərilən səhifələrin tərtibatı və məzmununa heç bir təsir göstərmirik, buna görə də həmin səhifələrdə təqdim olunan məlumatların aktuallığı, dəqiqliyi, tamlığı və keyfiyyətinə görə məsuliyyət daşımırıq. Yuxarıda göstərilənləri rəhbər tutaraq həmin səhifələrin məzmununa görə məsuliyyət daşımırıq. Bu bəyanat veb-səhifələrimizdə təqdim olunan digər səhifələrə keçidlərə və onların məzmununa şamil olunur. © Mercedes-Benz Absheron