İş saatları B.E - Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
Model cərgəsi Model cərgəsi
Servisə yazılmaq Servisə yazılmaq
Test-drayv Test-drayv
Xüsusi təkliflər Xüsusi təkliflər
Əlaqə Əlaqə

Məlumatların mühafizəsi

Məlumatların mühafizəsi

“Abşeron Avtomobil Mərkəzi” MMC veb-saytı ziyarət etdiyiniz və şirkət və onun məhsullarına maraq göstərdiyiniz üçün Sizə təşəkkür edir. Məlumatlarınızın məxfiliyinin qorunması məsələsi bizim üçün çox əhəmiyyətlidir. Saytımızı hər zaman məmnuniyyətlə ziyarət etməyinizi istəyirik. Fərdi məlumatların işlənməsi zamanı şəxsi mühitinizin toxunulmazlığı fəaliyyətimizin ən vacib istiqamətlərindən biridir. Saytımızı ziyarət edən şəxslərin fərdi məlumatları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun işlənilir. Məlumatların təhlükəsizliyi sahəsində apardığımız siyasətə həmçinin “Mercedes-Benz Group AG” ilə əlaqəli qüvvədə olan məlumatların təhlükəsizliyi qaydaları əlavə olunub. “Abşeron Avtomobil Mərkəzi” MMC-nin saytında məlumatların təhlükəsizliyinə dair hazırkı müddəaların şamil olunmadığı digər saytlara keçidlər ola bilər.

Fərdi məlumatların toplanması və işlənməsi

Fərdi məlumatlar yalnız saytda qeydiyyat, sorğuların, müsabiqələrin keçirilməsi kimi hallarda onları bizə təqdim etməyə razılıq verdiyiniz halda və ya digər qanuni əsaslar mövcud olduqda, misal üçün müqavilələrin bağlanması və icrası məqsədilə məlumatların işlənməsi halları kimi, saxlanılır.

Fərdi məlumatlardan istifadə, onların ötürülməsi və istifadə məqsədləri.

“Abşeron Avtomobil Mərkəzi” MMC və Mercedes-Benz Group AG fərdi məlumatlarınızı müştəri bazasının yaradılması və idarə olunması, şirkətin məhsullarına dair və marketinq məqsədləri üçün sorğuların keçirilməsi məqsədilə və yalnız bunun üçün lazım olan həcmdə istifadə edir. Fərdi məlumatlar dövlət orqanlarına yalnız qüvvədə olan qaunvericiliyin tələbləri çərçivəsində ötürülür. Məxfiliyin ciddi şəkildə gözlənilməsinə dair öhdəliklər həmçinin əməkdaşlarımıza, kontragentlərimizə və dilerlərimizə şamil olunur

Seçim hüququ.

Məlumatlarınızdan Sizi məhsul və xidmətlərimiz barədə məlumatlandırmaq, lazım olduqda onlar barədə fikirlərinizi öyrənmək üçün istifadə etmək istəyərdik. Sözsüz ki, belə aksiyalarda iştirak könüllüdür, onlarda iştirak etmək üçün əvvəlcədən razılıq verə bilərsiniz. Belə aksiyalarda iştirak etməyə razı olmadığınız təqdirdə, məlumatlarınızdan bu məqsədlə istifadə olunmaması üçün bizə istənilən vaxt məlumat verə bilərsiniz. Ətraflı məlumat saytımızın müvafiq səhifələrində təqdim olunub.

Cookies

İstifadə etdiyimiz cookie-faylları və onların funksiyaları haqqında məlumat “Cookies” bölməsində təqdim olunub.

Təhlükəsizlik

Təqdim etdiyiniz məlumatların qanunsuz hərəkətlər, itki, məhv olma və üçüncü şəxslərin icazəsiz müdaxiləsindən qorunması üçün “Abşeron Avtomobil Mərkəzi” MMC və Mercedes-Benz Group AG bir sıra texniki və təşkilati təhlükəsizlik tədbirləri görür. Gördüyümüz təhlükəsizlik tədbirləri texnoloji inkişafa uyğun olaraq daima optimallaşır.

Məlumatlandırma hüququ.

Sorğunuza əsasən “Abşeron Avtomobil Mərkəzi” MMC qüvvədə olan qanunvericiliyə uyğun olaraq maksimal qısa müddətdə bizdə fərdi məlumatlarınızın saxlanılıb-saxlanılmadığı barədə, və saxlanıldığı halda, bu cür məlumatlar haqda Sizə yazılı cavab göndərəcək. Bizdə saxlanılan məlumatların mötəbərliyi və aktuallığının təmin olunması istiqamətində göstərdiyimiz səylərə baxmayaraq həmin məlumatlar hər hansı səbəblərdən dəqiq olmazsa, tələbinizə əsasən onlara müvafiq düzəlişlər ediləcək. Fərdi məlumatlarınızın işlənməsi məsələləri ilə bağlı “Abşeron Avtomobil Mərkəzi” MMC-nə müraciət edə bilərsiniz. info@mercedes-absheron.az