Mercedes-Benz

Qısa məlumat

Vito. İstəyir, bacarır, edir.

Vito Tourer istənilən məqsədlərə çatmağınızda, uğur yolunuzda Sizi müşayiət edəcək. Avtomobilin fərdi tələblərə uyğun olaraq seçilməsi üç istehsal xətti əsasında həyata keçirilir: BASE, PRO və SELECT. İki ədəd tənzimlənən üçnəfərlik oturacağı olan rahat Vito Tourer SELECT – turizm agentlikləri və otellər üçün ideal nəqliyyat vasitəsidir. Sorğuya əsasən, o, açılan yuxarı panorama lyuku ilə təchiz olunur ki, bu lyuk salonda əlavə günəş işığı və təmiz hava mənbəyi olacaq. Vito Tourer PRO universal taksi kimi xidmət göstərə bilər. İşçi briqadasının təyinat yerinə getməsi üçün isə funksional Vito Tourer BASE əla seçim olacaq.

Banın uzunluğundan asılı olaraq, sərnişin salonunu iki, çox uzun versiyada isə hətta üç sıra iki- və üçnəfərlik oturacaqlarla təchiz etmək olar. Üç sıra oturacaqlı və ya çoxnəfərlik qabaq sərnişin oturacaqlı və iki ədəd üçnəfərlik oturacaqlı salonda doqquz oturacağın quraşdırılması mümkündür (2–2–3 tərtibatında). Beləliklə, Siz Vito Tourer universallığından gələn üstünlüyü fərdi səfərlər zamanı belə əldə edəcəksiniz.

1 Sürücü təhlükəsizlik yastığı və qabaq sərnişin təhlükəsizlik yastığı Vito Mikroavtobuslarının bütün modellərində seriya komplektasiyasına daxildir. Əlavə olaraq, opsiya kimi, döş qəfəsinin və çanağın müdafiəsi üçün yan təhlükəsizlik yastıqları və salonun qabaq, arxa hissələrində pəncərə təhlükəsizlik yastıqları təklif olunur.

2 Becker® MAP PILOT naviqasiya sistemi yalnız Audio 15 sistemi ilə birgə mövcuddur.

Qənaətcil sərnişin daşımaları üçün baza.

Effektiv və funksional.

Vito Tourer BASE qənaətcil sərnişin daşımaları üçün möhkəm və etibarlı orta ölçülü kiçik tonnajlı avtomobildir. Geniş salonda maksimum oturacaq sayı ilə 9 nəfərədək sərnişinin yerləşməsi mümkündür. Təhlükəsizlik sistemləri ilə nümunə seriya komplektasiyası: ATTENTION ASSIST sistemi, yandan əsən külək zamanı sabitləşdirmə sistemi, gerigetmə əleyhinə sistem, şinlərdə təzyiq monitorinqi sistemi, habelə, sürücü və qabaq sərnişin üçün təhlükəsizlik yastıqları.

Vito Tourer BASE sərnişin salonunu fərdi tələblərə uyğun olaraq təchiz etmək olar: məsələn, 1-ci sırada ikinəfərlik və ya üçnəfərlik oturacaqla və 2-ci sırada üçnəfərlik oturacaqla. İkinəfərlik oturacaq arxaya sərbəst keçidi təmin edir. Bütün oturacaqlar inteqrasiya edilmiş üçnöqtəli təhlükəsizlik kəmərləri və hündürlüyü tənzimlənən başaltıları ilə təchiz edilib. EASY-ENTRY oturma yeri istisna olmaqla, sərnişin salonundakı bütün yerlərdə ISOFIX uşaq oturacağı bərkitmələri ilə uşaq oturacaqları quraşdırmaq olar.

Seriya komplektasiyasında 8 nəfərlik yer.

Çevik və geniş.

Vito Tourer PRO çox çevik və geniş avtomobildir. Artıq seriya komplektasiyasında onun 8 oturma yeri, döş qəfəsinin müdafiəsi üçün təhlükəsizlik yastıqları və qabaqda pəncərə təhlükəsizlik yastıqları, habelə, rahatlığı artıran çoxsaylı komplektasiya elementləri var. Oturacaqların müxtəlif tərtibat variantları və sərnişin salonunda oturacaqların sürətli təsbit mexanizminə malik bərkitmələr sayəsində avtomobil asanlıqla 5-, 4- hətta 2-yerli avtomobilə çevrilir – opsiya olaraq o, hətta doqquzuncu oturma yeri ilə təchiz edilə bilər. İri yüklərin nəql edilməsi zərurəti yarandıqda, çoxyerli oturacaqların sökülməsi sayəsində, geniş yük bölməsi əmələ gəlir.

Sərnişin salonunda 1-ci sıranın üçyerli oturacağının EASY-ENTRY funksiyalı kənar oturacağı 2-ci sıra oturacaqlarına rahatlıqla minməni təmin edir. Zəruri hallarda, kənar oturacaq tamamilə sökülə bilər. Bütün oturacaqlar inteqrasiya edilmiş üçnöqtəli təhlükəsizlik kəmərləri, habelə, hündürlüyü tənzimlənən başaltıları ilə təchiz edilib. EASY-ENTRY oturma yeri istisna olmaqla, sərnişin salonundakı bütün yerlər ISOFIX uşaq oturacağı bərkitmələri ilə təchiz olunub.

İstənilən tələblərin nəzərə alınması ilə oturacaq tərtibatı variantları.

Nəql edilən sərnişinlərin sayından və arzuolunan rahatlıq səviyyəsindən asılı olaraq, üç model Vito Mikroavtobus – BASE, PRO və SELECT – nüfuzlu sinif sərnişin daşımaları üçün həllər təklif edir. Sərnişin salonunun oturacaqlarının standart tərtibatı, fərdi istəklərə uyğun olaraq, çoxsaylı əlavə variantlar sayəsində, dəyişdirilə bilər. Çox uzun banlı Vito Mikroavtobusun sərnişin salonunda, üç sırada 2-2-3 oturacaq tərtibatında 7 nəfərədək sərnişin yerləşə bilər.