Mercedes-Benz

Komplektasiya

Seriya komplektasiyasında əsas təchizat xüsusiyyətləri.

Yandan əsən külək zamanı sabitləşdirmə sistemi

Külək yandan əsdiyi zaman seçilmiş zolaqla hərəkət etməyə kömək edir.

Əyləcin aktivləşdirilməsi sayəsində, hərəkət zolağından çıxma dərəcəsini azaldır.

Yandan əsən külək zamanı sabitləşdirmə sistemi, yandan əsən küləyin təsiri altında hərəkət zolağından çıxma halını vaxtında müəyyən edir və sürücüyə avtomobili hərəkət zolağında saxlamağa kömək edir. Axı hərəkət zolağından qəfil çıxmaq sürücünün sükanı xaotik hərəkət etdirməsinə səbəb ola bilər. Bununla əlaqədar olaraq, sürət 80 km/saat-a çatdıqda, yandan əsən külək zamanı sabitləşdirmə sistemi avtomatik olaraq avtomobilin istiqamətini düzəltməyə başlayır. Beləliklə, avtomobilin hərəkət zolağından çıxma dərəcəsi əhəmiyyətli dərəcədə azalır, yan küləyin təsiri isə demək olar ki tamamilə kompensasiya edilir və ya azalır.

Sürücü təhlükəsizlik yastığı

Qabaqdan toqquşma zamanı təkmilləşdirilmiş müdafiə.

Sükan çarxında qabaq təhlükəsizlik yastığı.

Qabaqdan toqquşma zamanı sürücü təhlükəsizlik yastığı mümkün baş və döş travmaları ehtimalını azalda bilər. Təhlükəsizlik yastığı sükan çarxına quraşdırılıb və toqquşmanı müəyyən etdiyi zaman millisaniyə içində işə düşür.

ATTENTION ASSIST sistemi

Sürücüyə həddindən çox yorulma barədə xəbər verir.

Sürücünün vəziyyətinin müəyyən edilməsi üçün əhəmiyyətli xüsusiyyətləri qiymətləndirir.

ATTENTION ASSIST sistemi qısamüddətli yuxuya getmənin qarşısını almağa kömək edə bilər, bununla da hərəkət təhlükəsizliyinin artırılmasına səbəb olur, xüsusilə də, uzunmüddətli və gecə səfərləri zamanı. Sürücüdə həddindən çox yorulmaya və ya diqqətsizliyə xas əlamətlər müəyyən edildiyi zaman bu sistem onu bu barədə vizual və səs siqnalları ilə xəbərdar edir və dayanmağı təklif edir. İdarəetmə üslubunun təhlil edilməsi üçün sükan çarxının hərəkətləri barədə məlumatlar emal olunur və bunun əsasında fərdi sürücü profili tərtib edilir.
Beş pilləli rəngli sütunşəkilli diaqram, cihaz kombinasiyasının çoxfunksiyalı displeyində sürücünün diqqət səviyyəsini əks etdirir. ATTENTION ASSIST sistemi diqqət səviyyəsinin aşağı olduğunu qeydə alırsa, o, displeydə qəhvə fincanı simvolu və səs siqnalı vasitəsilə dayanma zərurəti barədə bildirir. Sistem 60 km/saat-dan 200 km/saat-dək olan sürət zamanı aktivləşir; cihaz kombinasiyasında onun həssaslığını tənzimləmək və ya onu söndürmək olar.

Əlavə avadanlıq.

İkinəfərlik qabaq sərnişin oturacağı

Sürücü kabinəsində əlavə çeviklik.

Qabaqda üçüncü nəfər üçün oturma yeri.

İkinəfərlik qabaq sərnişin oturacağı sürücü kabinəsində əlavə oturma yerini təmin edir. İkinəfərlik oturacağın hər iki yeri üçnöqtəli təhlükəsizlik kəmərləri və hündürlüyü tənzimlənən başaltıları ilə təchiz edilib. Çoxnəfərlik oturacağın bütöv yastığı çıxarıla bilər.

Banın yan hissələrinin kəmər xəttindəki bərkitmə istiqamətləndiriciləri

Yükün müdafiəsi üçün stasionar bərkitmə sistemi.

Əndazəsiz yüklərin banın yan hissələrində təsbit edilməsi üçün.

Bərkitmə istiqamətləndiriciləri sayəsində, kəmər xəttində hündür olmayan, əndazəsiz yükləri təsbit etmək, habelə, onların yerinin dəyişməsinə və yıxılmasına yol verməmək olar. Bu, həm yükü, həm də yük bölməsini bərabər şəkildə zədələnmədən qoruyur. Yükün, məsələn, şüşənin, yük yeşiklərinin və ya altlıqlarda yerləşdirilən yüklərin bərkidilməsi üçün, əlavə olaraq bərkitmə dəlikləri və bərkitmə kəmərləri tələb olunur. Perforasiya addımı 25 mm olan iki bərkitmə istiqamətləndiricisi banın kəmər xətti səviyyəsində banın yan hissələri boyunca quraşdırılır. Bununla belə, yana açılan qapının yerində istiqamətləndiricilər quraşdırılmayıb.

Taybatay açılan arxa qapılar ikitaylıdır, yan divarlara qədər açılır

Yükləmənin və boşaltmanın asanlaşdırılması üçün ikitaylı arxa qapılar.

İkitaylı arxa qapılar yan divara qədər açılır və orada maqnitli qapı stoporları vasitəsilə təsbit edilir.

Beləliklə, əndazəli yüklərin, məsələn, çəngəlli yükləyici vasitəsilə, yüklənməsi və boşaldılması əhəmiyyətli dərəcədə asanlaşdırılır. Dar şəraitdə arxa qapıları tam açılmış avtomobil birbaşa yükləmə platformasına və ya yükə yaxınlaşa bilər. Yük bölməsinin ikitaylı qapıları 2 vəziyyətdə təsbit edilir: ilk öncə, açılma bucağı 95° olmaqla və banın yan hissələrinə qədər tam açıldıqda. Maqnitli qapı stoporları qapıların təsadüfən örtülməsinin qarşısını alır.

Yükün bərkidilməsi üçün istiqamətləndiricilər sistemi

Yüklərin çevik təsbit edilməsi.

Yükün bərkidilməsi üçün döşəməyə bərkidilmiş sistem istiqamətləndiriciləri.

Yükün bərkidilməsi sistemi yüklərin lazımı şəkildə universal bərkidilməsini təmin edir. Yük, opsiya kimi təklif olunan bərkitmə dəliklərinin və bərkitmə kəmərlərinin köməyi ilə, yük yerinin döşəməsindəki 2 bərkitmə istiqamətləndiricisi üzərində bərkidilə bilər. Hər yük bərkitmə şininə düşən maksimal nöqtəli dartma yükü 500 dN təşkil edir. 25 mm addımlı perforasiya yüklərin bütün yükləmə sahəsi ilə universal bərkidilməsini təmin edir.

Yük bölməsindəki LED lenti

Yaxşı işıqlandırılan yük bölməsi.

Enerjiyə qənaət edən və, demək olar ki, kölgə yaratmayan işıqlandırma.

İşıqsaçan LED zolağı yük yerinin arxa hissəsində elə yerləşdirilib ki, yük bölməsi işıqlandırılarkən, mümkün qədər az kölgə yaranır. LED işıqlandırma elektrik enerjisinə qənaət etməyə imkan verir və uzun xidmət müddəti ilə rəğbət qazanır.

Sol tərəfdə yana açılan qapı

İki ədəd yana açılan qapı sayəsində ikiqat çeviklik.

Daha sürətli minmə və düşmə və ya yükləmə-boşaltma işləri.

Avtomobilin sol tərəfində yana açılan qapı avtomobilə əlavə keçidi təmin edir. Bunun sayəsində, yükləmə-boşaltma işləri və ya minmə və düşmə daha sürətli və çevik olur, məsələn, şəhərin mərkəzində dar yol hərəkəti şəraitində.