Mercedes-Benz

Qısa məlumat

Şirkəti inkişaf etdirməyə kömək edir: Vito furqon.

Daima istənilən hərəkətlərinizə hazırdır. Tərəfdaşlar məhz bu cür etibarlı olmalıdır.

Siz qısa zaman ərzində Vito-ya, bir tərəfdaş kimi layiqli dəyər verəcəksiniz. Biz əməkdaşlığınızın uzunmüddətli və etibarlı olması üçün əlimizdən gələn hər şeyi etdik. Tədarük zamanı Siz 5,5 mln. km sınaq məsafəsi qət etmiş və iri miqyaslı sınaqlardan keçmiş Mercedes-Benz keyfiyyətli avtomobil əldə edəcəksiniz. Vito sərt kommersiya daşımaları şəraitinə hazırlıqlıdır. Onun tamamilə sinklənmiş banlı geniş antikorroziya müdafiəsi uzun illər keçdikdən sonra belə müəssisənizin vizit kartı olmağa imkan verəcək.

Vito-nu seçməklə, Siz daim etibar edə biləcəyiniz avtomobil əldə edirsiniz. Maksimal istismar hazırlığı sayəsində, o, Sizə istənilən tapşırıqlarınızın yerinə yetirilməsinə kömək edəcək. "Daim hərəkətdə" – bu bizim üçün sadəcə şüardan daha çoxdur. Bu, bizim zəmanətimizdir.

Yük bölməsinin həcmi xoş təsir bağışlayır. Səbirsizliklə özünün növbəti tapşırığını gözləyir.

Vito furqon böyük yüklənmələrə mükəmməl uyğunlaşdırılıb. O, mürəkkəb tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub və şirkətinizin obrazının parlaq yekununa çevriləcək. Yüklərin yerləşdirilməsi onun əsas üstünlüyüdür: yük bölməsinin uzunluğu 3061 mm-dək və maksimal həcmi 6,6m3 olmaqla, Vito furqon-a 829 kq-dan 1294 kq-dək, avtomobilin icazə verilən tam çəkisi 3200 kq-dək artırıldığı zaman isə – 1219 kq-dan 1324 kq-dək yük yerləşdirmək mümkündür (arxa intiqalla).

Sürücü üçün oturacağın fərdi tənzimləmələri.

5 tənzimləməli (10 istiqamətdə) oturacaq. Yüksək rahatlığa malik sürücü oturacağını, qolun və fırlanan tutacaqların köməyi ilə, sürücünün rahatlığa qarşı fərdi tələblərinə uyğun olaraq, vəziyyətinə, hündürlüyünə və mailliyinə görə tənzimləmək olar. Fərqli tənzimləmə variantları sayəsində, hətta uzunmüddətli səfərlər belə xoş səfərə çevrilə bilər. Əllə oturacağın üfüqi vəziyyətini, oturacağın arxasının mailliyini, oturacağın hündürlüyünü, habelə, oturacağın yastığının mailliyini və dərinliyini tənzimləmək olar. Bundan əlavə, başaltının tələb olunan hündürlüyünü seçmək mümkündür. Yüksək rahatlığa malik sürücü oturacağının 4 istiqamətdə tənzimlənən kəmər dayağı ilə təchiz edilməsi sayəsində, oturacaq Aktion Gesunder Rücken (AGR, «Sağlam bel naminə» kampaniyası) qeyri-kommersiya təşkilatının tələblərinə uyğundur.