Mercedes-Benz

Transfer PLUS

Bütün cəhətlərdən optimaldır

Sərnişinlərin daşınması üçün Mercedes-Benz Sprinter bazasında mövcud variantlar müxtəlifliyində, demək olar ki, istənilən müştəri özünə uyğun həll tapacaq. Yeni Sprinter nəsli salonun daha funksional tərtibatını təklif etməyə, dizaynı tamamilə dəyişməyə və ayrıca elementləri işləməyə imkan verdi. Yeni Sprinter Transfer PLUS modeli şəhərlər arasında səfərlər üçün nəzərdə tutulan praktik avtobusdur.

Ən yaxşı Ultimate turistik avtobusda olduğu kimi, bu versiyada da 19 sərnişinin təhlükəsizliyinə və rahatlığına qarşı yüksək tələblər irəli sürülür. Salon, müasir 3D modelləmə sistemlərinin istifadə edilməsi ilə, tamamilə işlənmişdir ki, bu da birləşdirilən detalların yüksək dəqiqliyinin əldə edilməsinə imkan vermişdir. Bu isə, öz növbəsində, akustik rahatlıqda müsbət təsir göstərmişdir. Avtobus daxildəki genişliklə və ciddi şəkildə yoxlanmış, effektli işıqlandırma ilə, tavanın rahatlıqla pəncərə xəttinə keçidi xətləri ilə tamamlanan dizaynla fərqlənir. Müasir havalandırma sistemi soyudulmuş havanı salonun bütün uzunluğu boyunca bərabər şəkildə paylamağa imkan verir. Oturacaqların arxası tənzimlənir ki, bu da uzaq məsafələrə səfər zamanı xüsusilə praktik olur, iri əndazəli yük isə arxa hissədə genişləndirilmiş yük yeri bölməsinə yerləşdirilə biləcək.

Əsas xarakteristikalar

Sprinter-in xarici görünüşü Mercedes-Benz-in müasir "Dərketmə təmizliyi" dizayn konsepsiyasına cavab verir. Sürücü kabinəsi, modernləşdirildikdən sonra, təkmilləşdirilmiş dizaynın və yüksək funksionallıq dərəcəsinin sayəsində, daha rahat olmuşdur.

Standart komplektasiyada avtomobil soyudulmuş hava axınını eyni zamanda bütün salon uzunluğu boyunca paylayan salon havalandırma sistemi ilə təchiz edilib. Opsiya olaraq, hətta ən isti hava şəraitində belə, avtobusun salonunda optimal temperatur rejimini əldə etməyə kömək edəcək sürücü bölməsinin kondisioneri və ya klimat-kontrolu mövcuddur. Sərnişin bölməsi, köhnəlməyə qarşı yüksək dayanıqlıqla və qulluq sadəliyi ilə fərqlənən müasir materialların istifadə edilməsi ilə yığılıb.

Sprinter Tranfer PLUS, seçimdən asılı olaraq, 163 at gücündə 4 silindrli dizel mühərriki və sürətlər qutusu ilə sifariş edilə bilər:

• 6-pilləli mexaniki sürətlər qutusu (standart)
• 7-pilləli avtomatik sürətlər qutusu (opsiya)

Ekonom

Sprinter seçərək 20 ildən çoxdur səmərəliliyini, keyfiyyətini və etibarlılığını uğurla sübut edən bir avtomobilə üstünlük verirsiniz. Bütün bu xüsusiyyətləri ilə Sprinter Transfer Plus markasının tarixində yeni bir səhifə açır. Standart olaraq cəlbedici dəyəri geniş çeşidli avadanlıq variantları ilə birləşdirilmişdir.

İstənilən turistik marşrutlar üçün müvafiq oturacaqlar

Sprinter Transfer PLUS 19 ədəd sərnişinləri rahatlıqla təyinat yerinə qədər çatdırmağa imkan verən rahat və təhlükəsiz oturacaqlarla komplektləşdirilib. Mercedes həmişə təhlükəsizliklə əlaqələndirilir, Sprinter də istisna deyil. Bütün oturacaqlar 3 nöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz edilib və etibarlı konstruksiyaya malikdir ki, bu da natura sınaqları ilə təsdiq edilib.

Bütün oturacaqlar standart komplektasiyada oturacağın arxasının mailliyinin tənzimlənməsi mexanizmi ilə təchiz edilib.

Xırdalıqlara diqqət

Transfer PLUS, Sprinter bazasında olan bütün avtobuslar kimi, Müştərilərə və sərnişinlərə qayğı ilə yaradılırdı. Məhz buna görə o, standart komplektasiyadakı soyudulmuş hava axınını bütü sərnişin salonu uzunluğu boyunca çəkən havalandırma sistemi ilə, salonda təkmilləşdirilmiş səs, istilik, vibro izolyasiya ilə, 4 kVt gücündə müstəqil qızdırıcı ilə və əlavə mayeli qızdırıcı ilə təchiz edilib.

Sprinter Transfer PLUS-un əsas xüsusiyyətləri:

• Oturacağın arxasının mailliyinin tənzimlənməsi ilə podium üzərində anatomik sərnişin oturacaqları
• Panorama şüşələr
• 50% genişləndirilmiş yük yeri bölməsi
• Effektli 3 səviyyəli və tamamilə LED salon işıqlandırması
• 8 kVt asılı, 4 kVt müstəqil salon qızdırıcısı
• Bütün sərnişin salonunun havalandırılması
• İki dinamikli akustik rəf və taybatay açılan qapılarda iki dinamik
• Pəncərə yerlərinin dəri əvəzedicisindən örtüyün çəkildiyi plastik şüşə ilə dekorativ tərtibatı