Mercedes-Benz

Qısa məlumat

Perspektivli, effektiv, etibarlı

Yeni Sprinter Furqon universaldır: o, nəqletmə üzrə istənilən tapşırığın yerinə yetirilməsi üçün uyğundur, onun dizaynı isə heç kəsin laqeyd qalmasına imkan verməyəcək. Qabaq intiqallı avtomobillər əhəmiyyətli üstünlüklərə malikdir – seriya komplektasiyasında cəlbedici qiymət, əlavə faydalı yük və yük bölməsinin yükləmə hündürlüyünün aşağı olması.

İntellektual idarəetmə və məlumatların əks etdirilməsi sistemləri, habelə, yükün saxlanması üçün modul sistemi avtomobili fərdi tələbatlara uyğun olaraq komplektləşdirməyə imkan verəcək. Məsələn, multimedia və köməkçi sistemləri seçmək olar.

Bu yeniliklərin tətbiq edilməsi ilə yanaşı, biz müştərilərimizin öyrəşdiyi bütün üstünlükləri qoruyub saxlamışıq. Xüsusilə də, özünü yaxşı tərəfdən göstərmiş banın təkrar təchiz edilməsi üçün həlləri və əlavə avadanlıq xüsusi dəyişikliklərə məruz qalmayıb.

Sprinter istənilən baxımdan etibarlı avtomobil kimi hazırlanıb. Banın bünövrəsi bunun üçün güclü əsasdır. Bu bünövrə, konstruksiyası, material tərkibinə və təkmilləşdirilmiş antikorroziya müdafiəsi sayəsində, xüsusilə sabitdir.

Beləliklə, yüksək səviyyəli innovativlik və 20 ildən artıq təcrübə, Sprinter-ə perspektivli, effektiv və etibarlı həllər təklif etməyə və şirkətinizin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradacaq yeni nəqletmə standartlarını təyin etməyə imkan vermişdir.