Mercedes-Benz

Etibarlı və güclü: Sprinter Bortlu platforma.

Qiymət 67 200 AZN-dən başlayaraq

Perspektivli, effektiv, etibarlı.

O, o qədər universaldır ki, nəqletmə üzrə istənilən tapşırığın yerinə yetirilməsi üçün uyğundur, bununla belə, onun xarici görünüşü heç kimə ona laqeyd qalmağa imkan verməyəcək. Yeni Bortlu platformaya malik Sprinter mövcud tərtibat variantlarının müxtəlifliyi ilə təəccübləndirir: 3 variantda uzunluq, standart və ikiqat kabinə, həmçinin, yükləmə platformasının sahəsi 9,2 m2-ə çata bilər. Müxtəlif tərtibat və təchizat variantlarının sayəsində, onu ilkin səviyyəli kommersiya avtomobili kimi, habelə, yaxşı təchiz edilmiş şəxsi avtomobil kimi istifadə etmək olar.

Yeni qabaq intiqallı avtomobillər baza komplektasiyası üçün sərfəli qiymətlə, əlavə faydalı yüklə və yük bölməsinin qapı yeri haşiyəsinin, arxa intiqallı avtomobillərlə müqayisədə, daha alçaq olması ilə fərqlənir.

Beləliklə, yüksək səviyyəli innovativliyin və 20 ildən artıq təcrübənin sayəsində, Sprinter nəqletmə üçün perspektivli, effektiv və etibarlı həllər üzrə, şirkətinizi inkişaf etdirməyə kömək edəcək yeni standartlar təyin etmiş oldu.