Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Mercedes–Maybach GLS

316 078 AZN-dən ƏDV ilə başlayaraq

Mercedes–Maybach GLS avtomobilinin dəyərli unikallığı

Kuzovun iki rəngdə boyanması ənənəvi olaraq premium sinfinə aid lüks avtomobillərin əsas fərqləndirici xüsusiyyəti olmuşdur. Yeni Mercedes–Maybach GLS üçün altı rəng kombinasiyasından seçim etmək mümkündür. Üst və alt boya arasındakı sərhədd incə filiqran xətlə vurğulanmışdır.

GLS 600 avtomobilinin müstəsna (mükəmməl) dəbdəbəsi

İncə şaquli dayaqları olan Mercedes–Maybach radiatorunun zərif barmaqlığı ilk təsirli təəssüratı təmin edir. Bundan əlavə, vtomobilin bir çox eksklüziv xüsusiyyəti və lüks panoramik damı sizə dörd eksklüziv fərdi oturacaqlarda ən möhtəşəm avtomobil lüksünün dadını tam olaraq yaşamağa imkan verir.

Mercedes–Maybach GLS avtomobilinin çoxfunksiyalı salonu


- Panoramik mənzərəli dam
- Dörd nəfərlik lüks salon
- Elektrik ayaqaltilar

Yeni Mercedes–Maybach GLS avtomobilinin interyeri komfort anlayışından xeyli genişdir. Yüksək keyfiyyətli akustik sistemdən, birinci sinif oturacaqlardan, soyuducu kamerada sevimli içkilərdən tutmuş şampan üçün firma qədəhlərinə qədər – hər şey sizin zövqünüzü oxşamaq üçün dizayn eidlmişdir.

Arxa sərnişinlər üçün multimedia funksiyaları

26 dinamikli Burmester® 3D əhatəli səs sisteminə əlavə olaraq həmçinin iki inteqrasiya olunmuş toxunma ekranlı Full HD ekran da mövcuddur. Bu, əsl musiqiqsevərlər üçün ən mükəmməl avadanlıqdır.

Birinci sinif arxa oturacaqlar

Düyməyə bir toxunuşla ən münasib vəziyyətə gətirə biləcəyiniz Lüks sinfli standart oturacağında ən yüksək rahatlıq səviyyəsini hiss edin. Əlavə olaraq, Siz isti daş texnologiyası ilə standart masaj funksiyasından istifadə edərək rahatlaya bilərsiniz.

Şampan qədəhləri
Lüks offroad avtomobilinin 4-nəfərlik versiyasında iki arxa oturacağın söykənəcəyi arasında sevimli içkilərinizi yerləşdirə biləcəyiniz soyuducu kamera vardır. Ayrıca, Mercedes-Maybach markalı gümüş rəngli şampan qədəhləri də sifariş edə bilərsiniz.