Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Mercedes-AMG GLC-Class yolsuzluq

Avtomobilin əsas xüsusiyyətləri

Və bütün bunların hamısı AMG-dir. Qısa xülasə.

Mercedes-AMG GLC-nin yeni modellərindən hər hansı birinə üstünlük verməklə gündəlik işlər və endorfinlər arasında seçim etməyiniz lazım gəlməyəcək. Həm Mercedes-AMG GLC 43 4MATIC-də, həm də GLC 63 S 4MATİC+-da idman avtomobilini idarəetmə sevinci gündəlik istismara yararlılıqla uzlaşır. AMG üçün səciyyəvi radiator üzlüyü və qeyri-adi güc avtoidmandan götürülmüşdür.

Mercedes-AMG GLC 43 4MATIC

Əvvəldən axıra qədər Mercedes-AMG GLC-nin bütün yeni modelləri AMG dizaynında yerinə yetirilmişdir: AMG üçün tipik qara rəngli şaquli lamellərlə olan formada yeni radiator üzlüyündən, parlaq xromlama ilə dekorativ tamasadan gövdənin arxa hissəsində AMG işlənmiş qaz borusuna qədər. Hansı yolda Mercedes-AMG GLC 43 4MATIC və ya GLC 63 S 4MATIC+ avtomobillərini görməyinizdən asılı olmayaraq, yaddaşınızda tipik AMG modelləri haqqında təəssürat qalacaq.

Xaçvarı millərlə 53,3 sm (21") diametrli döymə AMG təkər diskləri

Mat-qara rəngli xaçvarı millərlə döymə AMG təkər diskləri təkər diskinin çənbərinin cilalanmış kənarı ilə işlənmişdir. Bundan başqa, eksklüziv olaraq Mercedes-AMG GLC 43 4MATIC üçün həmçinin 53,3 sm (21") diametrli 5 ədəd ikiqat millərlə AMG yüngül lehimli təkər diskləri təklif olunur.

Cütləşdirilmiş qol borularla diffuzor

Mercedes-AMG GLC 43 4MATIC-in yeni modeli başdan ayağa qədər AMG Performance komplektasiyasında. Çünki gövdənin arxa hissəsində də iki dəyirmi cütləşdirilmiş qol boruları və AMG İQ emissiya sistemi olan diffuzorla təmsil olunan səciyyəvi AMG dizaynı sezilir.

AMG DYNAMİC SELECT hərəkət rejimləri üçün mərkəzi konsolda dəyişdirici açarı və sükanaltı ötürücü açarları olan, nappa dərisindən işləməli AMG Performance sükan çarxı sayəsində Siz Mercedes-AMG GLC-nin üç yeni modelində həm yolda, həm də yolsuzluqda istənilən manevrin öhdəsindən inamla gələcəksiniz.

AMG Performance oturacaqları

AMG Performance oturacaqları xüsusi olaraq idman idarəetmə tərzi üçün işlənib hazırlanmışdır: onlar dinamik manevrlərin idarə edilməsi zamanı maksimum nəzarət və uzun səfərlərdə daha çox rahatlıq üçün vəziyyəti mükəmməl şəkildə sabitləşdirirlər. Oturacaqların unikal dizaynı həmçinin Mercedes-AMG GLC-nin üç yeni modelinin idman və müstəqil təbiətini də vurğulayır.

Yeni nəsil AMG sükan çarxı

İstəyə görə təchiz olunan AMG Performance sükan çarxı tam şəkildə xoş təsir bağışlayan DİNAMİCA mikrolifi ilə işlənmişdir. Beləliklə, Siz, idman manevrləri zamanı heç vaxt nəzarəti itirmirsiniz və avtomobili etibarlı bir şəkildə idarə edirsiniz. Ön panelin idman ruhu həmçinin sükan çarxının AMG üçün tipik kəsilmiş formasında əks olunur. Ergonomik olaraq yerləşdirilmiş sensor düymələri bir çox funksiyaların intuitiv anlaşılan şəkildə idarə edilməsini təmin edir və diqqəti tam olaraq yolda cəmləşdirməyə imkan verir.

Genişləndirilmiş MBUX funksiyaları

Emosional bir əlaqə yaradın - sadəcə avtomobil Sizin avtomobiliniz olacaq. Çünki genişləndirilmiş MBUX funksiyaları tamamilə Sizə uyğunlaşdırılacaqdır. Deyin "Salam, Mersedes!" və MBUX Sizin əmrlərinizi gözləyir. Fərdi profillər, qabaqlayıcı funksiyalar, həmçinin Wi-Fi giriş nöqtəsi rəqəmsal şəbəkə bağlantısı anlayışını tamamilə yeni cür şərh edir.

Mercedes-AMG GLC 63 S 4MATIC+

Eksteryer dizaynı

AMG dizaynı avtomobilin hər bir elementində izlənilir.

Əvvəldən axıra qədər Mercedes-AMG GLC-nin bütün yeni modelləri AMG dizaynında yerinə yetirilmişdir: AMG üçün tipik qara rəngli şaquli lamellərlə olan formada yeni radiator üzlüyündən, parlaq xromlama ilə dekorativ tamasadan gövdənin arxa hissəsində AMG işlənmiş qaz borusuna qədər. Hansı yolda Mercedes-AMG GLC 43 4MATIC və ya GLC 63 S 4MATIC+ avtomobillərini görməyinizdən asılı olmayaraq, yaddaşınızda tipik AMG modelləri haqqında təəssürat qalacaq.

Multimedia ekranı

Yeni Mercedes-AMG GLC 63 S 4MATIC+-də yüksək həll ilə multimedia ekranı sensor düymələri ilə tənzimlənir və smartfonunuz və ya planşetiniz kimi asanlıqla və intuitiv şəkildə idarə oluna bilər. Təsvirin üstün keyfiyyəti sayəsində istənilən multimedia məzmunu mükəmməl aydın şəkildə əks olunur. Mükəmməl keyfiyyət üçünsə uyğun dizayn tələb oldunduğuna görə, böyük ekran bütün səthi boyunca şüşənin arxasında gizlənir.

AMG sükan çarxında düymələr

AMG ailəsindən olan modellərdə tələb olunduğu kimi, yeni Mercedes-AMG GLC 63 S 4MATİC+-un salonunda Siz əsl yarış avtomobilinin ab-havasını hiss edə bilərsiniz: AMG sükan çarxında düymələrlə təchiz olunması sayəsində Sizin sükanınız son dərəcə idman görünüşü əldə edir, müxtəlif dinamik funksiyaların idarə edilməsi isə tez və dəqiq həyata keçirilir. Bu arada, Siz diqqətinizi tam olaraq yolda cəmləşdirə və idman sürətli sürmədən həzz ala bilərsiniz.