Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Mercedes-AMG G 63

AMG-nin idman gücü özünün ən heyranedici ifasında.

Nominal güc və nominal fırlanma anı barədə məlumatlar mövcud redaksiyada 715/2007 saylı direktivə (AB) uyğun olaraq göstərilmişdir.

Mercedes-AMG G 63: qarışıq yanacaq sərfi: 13,3-13,1 l/100 km, qarışıq CO2 emissiyası: 304-299 q/km[1]

Göstərilən məlumatlar müəyyən edilmiş ölçmə üsulları əsasında əldə edilmişdir. Söhbət (AB) 2017/11532 Reqlamentinin 2 P. 1 maddəsinə uyğun olaraq "NEFZ, CO2 dəyərləri" haqqında gedir. Yanacaq sərfi dəyərləri bu dəyərlər əsasında hesablanmışdır. Elektrik enerjisi sərfi 692/2008/AİK Direktivi əsasında hesablanmışdır.

Avtomobilin əsas xüsusiyyətləri

AMG-nin ötürücüsünün və hərəkət hissəsinin yarış yolunda sınaqdan keçirilmiş texnologiyaları ən əfsanəvi klassik yolsuzluq avtomobilində. Mercedes-AMG G 63-də mümkünsüz mümkün olur. V8 mühərrikinin ikiqat turboüfürmə ilə şiddətli gücü sayəsində. Bütün rekordları qıran hərəkət hissəsi ilə. Və heç kimin laqeyd qalmayacağı bir AMG dizaynı ilə.

Eksteryer dizaynı

Fitri lider ideal formada.

Mercedes-AMG G 63 ilk baxışdan güc saçır: AMG radiatorunun səciyyəvi üzlüyü, diametri 55,9 sm (22") olan seçimə görə təkər diskləri və iki yan xromlanmış cütləşdirilmiş qol boruları olan ifadəli AMG Performance işlənmiş qaz sistemi bu pərəstiş edilən avtomobilə heyrətamiz görünüş verir.

AMG radiatorunun səciyyəvi üzlüyü

Mercedes-AMG G 63-də ikiqat turboüfürmə ilə V8 mühərrikinin gücü o qədər əzəmətlidir ki, onu "həbsxanaya salmaq" lazımdır. AMG radiatorunun üzlüyü şaquli lamellərlə təchiz edilmişdir.

AMG staylinqi

AMG dizaynının çoxsaylı elementləri təkrarolunmaz AMG üslubunu yaradır: səciyyəvi qabaq önlük və AMG radiatorunun üzlüyü, xarici moldinqdə dekorativ əlavə, AMG-nin nəcib yüngül lehimli təkər diskləri, həmçinin AMG təkər tağlarının genişləndiriciləri və AMG-nin qırmızı əyləc altlıqları. Daha bir xüsusi məqam ifadəli yan işlənmiş qaz borularıdır.

Yüngül lehimli AMG təkər diskləri

Əgər Mercedes-AMG G 63-ü haqlı olaraq peşəkar idmançı adlandırmaq olarsa, AMG-nin yüngül lehimli təkər diskləri də onun "idman ayaqqabılarıdır". İstəyə görə - 55,9 sm (22") qədər diametr ilə, sifarişlə - cilalanmış, qara mat laklama ilə.

İnteryer dizaynı

Əzəmətli güc. Və həyata keçirilməsi üçün yer.

Mercedes-AMG G 63 salonunda Sizi inanılmaz genişlik və bütün hiss orqanları ilə AMG üslubunda gəzintidən zövq almaq üçün optimal şərait gözləyir. Məsələn, rombşəkilli naxışın nəcib dəri üzlüyü, həmçinin, komplektasiyadan asılı olaraq karbon və ya DİNAMİCA mikrolifi kimi müasir materiallar sayəsində.

AMG Performance sükan çarxı

Yüksək güc maksimum nəzarət tələb edir. Buna görə də, istəyə görə karbondan AMG Performance sükan çarxı tutma zonasında DİNAMİCA mikrolifi ilə üzlənmişdir. Sükanaltı alüminium ötürücü açarları və sıfır işarəsi Mercedes-AMG G 63 salonunda autentik yarış ab-havası yaradır.

AMG oturacaqlarının səciyyəvi dizaynı

AMG-nin idman gücü inanılmaz dərəcədə rahat ola bilər. 

Onu nappa dərisindən üzlüklə Mercedes-AMG G 63 oturacaqlarında hiss edin. AMG-nin səciyyəvi rombşəkilli dizaynı və plaketi yüksək keyfiyyəti nümayiş etdirir.

Karbondan dekorativ AMG elementləri

Dekorativ element Sizin avtomobilinizin salonuna fərdi cazibə verir. O, interyerə ahəngdar şəkildə uyğunlaşır və maraqlı təzadlar yaradır. O, interyerin dizaynını gücləndirir və vurğulayır. Eyni zamanda, dekorativ element həmişə premium sinfinin diqqətlə işlənmiş məhsulunun yüksək keyfiyyətli xüsusiyyətinin göstəricisidir.