Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Mercedes-AMG A 35 4 MATIC sedan

Yeni A-Sinif.

Ani poul-mövqe.

Yeni A-Sinif Mercedes-AMG modelləri üstün idman xüsusiyyətlərini nümayiş etdirir və Mercedes-AMG dünyası ilə tanış olmaq üçün optimal imkan təqdim edir.

AMG radiatorunun səciyyəvi üzlüyü, hava qəbuledicilərində üzgəclərlə qabaq önlük, ön splitter və gümüşü xromlama ilə dekorativ elementlər formaların tamamilə aydın dilini nümayiş etdirir: Mercedes-AMG. Həmçinin AMG üçün səciyyəvidir: seçimə görə 48,3 sm (19 düym) diametrli çoxmilli təkər diskləri və AMG kənarlarının hissələri. Aydın doktrina, özü də təkcə vizual deyil.

Ani qoşulma.

Hər şeydə mükəmməllik: yeni MBUX multimedia sistemi və superidman rejimində indikasiya üslubu sayəsində Mercedes-AMG A 35 4MATIC interyeri daha da cəlbedici oldu. Emosional fon və intuitiv idarəetmə strukturu iki displeydə bir genişekranlı kokpit kimi görünür.

Daha bir yenilik

Sensorlu panel və ESP® sistemi, ötürmələrin əl ilə keçirilməsi rejimi və adaptiv amortizasiya sistemi kimi funksiyaların idarə edilməsi üçün əlavə dəyişdirici açarlara orijinal AMG mərkəzi konsolu.

AMG Edition 1.

Eksklüzivlikdən zövq alın. Satış vaxtına görə məhdudlaşdırılmış xüsusi Edition 1 modeli "Texniki qızıl" üslubunda rənglərin vurğulanması ilə diqqəti cəlb edir. Görünüşün ekspressivliyi həm də arxa antiqanadlı aerodinamik paketlə, eləcə də xüsusi hava istiqamətləndirici elementlərlə güclənir. Daxildə dizaynın dinamikliyini AMG Performance oturacaqları və AMG üslubunda dekorativ alüminium elementləri vurğulayır.

Hər AMG-nin ürəyi mühərrikdir.