Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Yeni GLS

193 276 AZN-dən ƏDV ilə başlayaraq

Maksimal genişlik və rahatlıq.

Ən yaxşısı odur ki, Siz, dəbdəbədən həzz alma sevincini digər 6 nəfər insanla bölüşə bilərsiniz.

Maksimal rahatlıq. Və demək olar ki, minimalistik dizayn.

Görkəmli proporsiyalar, uzun kapot və 23 düym ölçülü təkərlər güc və dominantlığı nümayiş etdirir. Dəqiq səthlər və minimal xətt miqdarı yüngül və eleqant mənzərəni yaradır.

Heç nə yaxşı üslub qədər yüksək qiymətləndirilmir.

Və premium-sinfinə aid olan yolsuzluq avtomobillərinin çox az bir qismi yeni GLS avtomobilində olan zərif və dəqiq dizaynı ilə lovğalana bilər.

Sümük beyninə qədər yolsuzluq avtomobili.

Yolsuzluq avtomobilinin klassik dizayn elementləri tam rəqəmsal geniş ekranlı displey ilə birgə həyəcanlı kontrastı yaradır və yeni GLS avtomobilinin yolsuzluq xüsusiyyətinə işarə edir. Bura aiddir: iri məsaməli ağacdan hazırlanmış böyük bəzək elementləri, ifadəli dördbucaqlı havalandırma reflektorları və mərkəzi konsol tutacaqları kimi dominant detallar. Qabaq oturacaqlar yolsuzluq atomobillərinə xas olan strukturlaşdırılmış və həmçinin avtomobilin yolsuzluq keyfiyyətlərini vurğulayan üzlər ilə təchiz olunub.

Yeni GLS avtomobilinin optimal kombinasiyadakı əsas xüsusiyyətləri

Yeni GLS üçün biz xüsusi tərtib edilmiş komplektləşdimə paketlərini təklif edirik.

Seçim Sizindir

- Güzgü paketi

- "İnteryer" xrom-paketi

- Night paketi

- "Eksklüziv" bəzək elementləri paketi

Sizin “Mercedes-Benz” avtomobilinizə aid  xüsusiyyətlər və keyfiyyətlər.

Designo proqramı fərdiləşdirmə məqsədləri üçün eksklüziv lak-boya örtüklərini və nəcib interyer komplektləşdirməsini təklif edir. Zərif materiallar və peşəkar əl işi  “Mercedes-Benz” avtomobilinizi təkmilləşdirir və Sizdə daha güclü təəssüratların yaranmasına səbəb olur. Siz, xüsusi dəyərə malik olan, şəxsi təsəvvür və arzularınıza uyğun şəkildə tərtib edilən avtomobili əldə edəcəksiniz.

Daha təhlükəsiz avtomobili təsəvvür etmək çətindir.

Yeni GLS avtomobili hər zamankından daha intellektual və dəqiq şəkildə özünü idarə etməyə kömək edir və təhlükələrdən aktiv şəkildə qoruyur.

İstər pik saatında, istərsə də uzun gecə səfəri və yaxud tanımadığınız yolda olduğunuz zaman GLS avtomobiliniz Sizi üzərinizə düşən yükdən hiss olunacaq dərəcədə azad edəcək, xüsusi ilə də stresli vəziyyətlərdə. 

Mercedes-Benz Intelligent Drive sistemləri ilə birlikdə nümunəvi təhlükəsizlik.

“Mercedes-Benz” avtomobilindəki hər bir səfərinizi təhlükəsiz və təkrarolunmaz edən konsepsiya Mercedes-Benz Intelligent Drive adlandırılır. Sizin sükan arxasında keçirdiyiniz vaxt boş yerə sərf olunmamalıdır. Bu, istirahət vaxtıdır. Gücün bərpa olunması zamanıdır. Avtomobil Sizi etibarlı və rahat şəkildə təyinat yerinə çatdıracaq.