Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Yeni GLC

Tam yeni hüdudlar ilə birgə güclü xəsiyyət.

Yeni möhtəşəm kokpit, daha səciyyəvi yolsuzluq dizaynı və ən yüksək səviyyəli hərəkət rahatlığı Sizi gözləyir.  

Müəyyən etmə üzrə yeni.

Yeni yolsuzluq avtomobillərinə xas olan GLC daha çox dominantlıq saçır. O, müasir dəbdəbə mücəssəməsidir. Yeniliklər kimi High Performance seriyalı işıqdiodlu faralı ön tərəf və arxa tərəfdəki yeni dizaynlı tullantı qol borularını qeyd etmək olar.

Yeni GLC yolsuzluq avtomobilinə xas olan dominantlığı həmişəkindən daha artıq saçır, və olduqca mədəni şəkildə. Daha aydın və duyğusal müasir dəbdəbəni təsəvvür etmək çətindir.

Yeni GLC avtomobilinə xoş gəldiniz!

Salon Sizi öz genişliyi və zərifliyi ilə qarşılayır. Burada hər şey bir yüksək məqsədə riayət edir: Sizə vaxtınızı mümkün qədər xoş və rahat keçirə bilməyinizi təmin etmək. Əvvəlkindən daha da müasir və intellektual.

Hər bir şeyi nəzarətdə saxlayın. Yeni GLC avtomobilində bunun üçün barmağınızı tərpətmək kifayətdir.

Əl ilə toxunmaq və fərdiləşdirmək mümkündür: yeni sensor ekranı.

Premium-sinifə aid həcmli səsləndirməli akustika sistemi.

Fərdiyyətin gözəl ifadəsi.

Eksklüziv lak-boya özrtükləri, nəcib və təmiz əl işi olan materiallar Sizin fərdiyyətinizi xüsusi diqqətlə əks etdirir və GLC avtomobilində yol getməkdən aldığınız təəssüratları tam olaraq hiss etməyinizə imkan verir.  

Yeni GLC ən xırda detallara qədər:

Adaptiv hərəkət hissəsi, tam ötürmə və elektrikləşdirilmiş mühərriklər.  Bunların hamısı yeni GLC üçün təklif olunur.

Dörd ədəd təkərin hər biri: 4MATIC tam ötürmə.

Mercedes-Benz Intelligent Drive sistemləri ilə birgə nümunəvi təhlükəsizlik.

İstər pik saatında, istərsə də uzun gecə səfəri və yaxud tanımadığınız yolda olduğunuz zaman GLC avtomobiliniz Sizi üzərinizə düşən yükdən hiss olunacaq dərəcədə azad edəcək, xüsusi ilə də stresli vəziyyətlərdə. “Mercedes-Benz” avtomobilindəki hər bir səfərinizi təhlükəsiz və təkrarolunmaz edən konsepsiya Mercedes-Benz Intelligent Drive adlandırılır. Sizin sükan arxasında keçirdiyiniz vaxt boş yerə sərf olunmamalıdır. Bu, istirahət vaxtıdır. Gücün bərpa olunması zamanıdır. Avtomobil Sizi etibarlı və rahat şəkildə təyinat yerinə çatdıracaq.

Yeni GLC avtomobilini daha rahat edən hər bir şey.

Siz yeni GLS avtomobilinin əsas xüsusiyyətlərinin yeni kombinasiyasını əldə edirsiniz. Çünki biz, komplektləşdirmənin bütün əsas bölmələri üçün Sizə ideal şəkildə razılaşdırılmış paketləri təklif edirik.

Parklama ərazisində baş verən zədələnmələr haqqında xəbərdarlıq funksiyasına hazırlıq ilə birgə oğurluqdan mühafizə qurğuları paketi.

Oğurluqdan mühafizə qurğuları paketi avtomobilin və içəridə yerləşən qiymətli əşyaların mühafizəsini artıran müxtəlif təhlükəsizlik sistemlərini birləşdirir. Bu sistemlər səsli və vizual siqnalların vasitəsi ilə qırma, qaçırma və yaxud avtomobilin sanksiyasız yedəyə alınması haqqında məlumat ötürür.

Arxa görüntülü videokameralı parklama paketi

Güzgü paketi
Güzgü paketi gündəlik istifadə üçün praktik funksiyaları birləşdirir: elektrik qatlanan arxa görüntülü xarici güzgülər avtomobilnizi parklama zamanı zədələnmlərədən qoruyur, aşağı buraxılan sağ xarici güzgü parklamanın asanlaşdırır, avtomatik tündləşdirmə funksiyası isə gözlərinizin üzərinə düşən ağırlığı azaldır.