Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

E-Klass Kupe

Başdan-ayağa dinamik

E-Klass-ın yeni kupesinin dizaynı və komfortu ilə tanış olun.

Avtomobilin əsas xüsusiyyətləri

Dizaynı valeh edir. İnformasiya və əyləncə sistemi Sizi yaxşı dostunuz kimi başa düşür. Avtomobilin rahatlığı isə Sizin yolun hər saniyəsindən həzz almağınıza imkan verir. Təkcə tərzinizlə deyil, həm də dinamiklik və komfortla gündəlik çağırışların öhdəsindən gəlməyiniz üçün mükəmməl yol yoldaşıdır. E-Klass-ın yeni kupesinin əsas xüsusiyyətləri ilə tanış olun.

“A-Shape” brilyant formasında özəkləri olan, aşağıda yerləşən radiator qəfəsi ilə səciyyəvi ön hissə.

Güclü arxa hissə yeni işıq-diod fənərləri sayəsində heyranlıq doğurur.

MBUX intellektual informasiya və əyləncə sisteminə malik ön panel.

İstəkdən asılı olaraq Burmester® akustika sistemi musiqi həzzini mükəmməlləşdirəcək.

Avtomobilin içində: avtomobilin arxa hissəsinə rahat minib-düşmək üçün EASY-ENTRY sistemi.
Gözəl dekorativ dinamik dizayn elementləri.