Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Yeni C-Class-Kupe

Mükəmməliyin həddi yoxdur.

Dinamika bir prinsip kimi.

Nail olduğunun üzərində dayanmamaq, əksinə, hər dəfə öz innovativ liderliyini yenidən sübut etmək.

C-Klass Coupe əvvəlkindən daha da idman üslubludur.

C-Klass Coupe özünün mükəmməlliyə qədər məşq edilmiş “bədəni” ilə heyran edir.  Dinamik xəttlər və daha dəqiq idman üslublu səthlər kupenin idman üslublu dizaynını aydın şəkildə təsvir edir. Yeni bamper və seriyalı, brilyant üslublu radiator qəfəsi avtomobilə güclü fərdi xüsusiyyəti bəxş edir.

Mükəmməl nəticələr üçün əla zəminlər.

C-Klass Coupe avtomobilində Sizi məşq üçün gözəl şəraitlər gözləyir: “Boz maqma” rəngli yeni opsional  üzlü inteqral oturacaqlar idman atmosferini yaradır və idman üslublu hərəkətə səbəb olur. İri məsaməli göyrüş və ya qoz ağaçından hazırlanan “Antrasit” rəngli bəzək elementləri eksklüziv üslubu nümayiş etdirir.

İdman üslublu dizayn

Əla formada olan idmançı.

Böyük idmançılara parıltı bəxş edən görünüş. Yeni C-Klass Coupe AMG Xəttini əla formada nümayiş etdirir. Ön və arxa bamperlərin yeni spoylerləri ilə birgə o, qeyri-adi idmançılıq saçır. MULTIBEAM LED innovativ işıqdiodlu faralar və “Boz qrafit metallik” kimi idman üslublu lak-boya örtükləri də, həmçinin, valeh edir.

Sizin istəklərinizə cavab verən harmoniyalı komplektləşdirmə.

Salonun işıqlandırılması paketi

Böyük işıqlar, böyük atmosferlər, təkmilləşdirilmiş görüntü: salonun işıqlandırılması paketi daha kompleksşəkilli birbaşa və yaxud dolayı işıqlandırmanı təmin edir. Əlavə işıqlandırma elementləri xoş atmosfer yaradır və idarəetməni asanlaşdırır.  

Night paketi

Daha çox fərdiyyət – ekspressiv üslub. Night paketi AMG Line icra xətti ilə birgə qara rəngli bəzək elementlərinin köməyi ilə nəzərə çarpan aksentləri yerbəyer edir. Onlar avtomobilinizin idman xüsusiyyətini  və atletik formalarını vurğulayır. İfadəli dizaynı qiymətləndirməyi bacaran fərdiyyətçilər üçün idealdır.  

Fərdiyyətin gözəl ifadəsi.

C-Klass Coupe – öz sinfində yeni standartları təyin edən əsl dizayn ikonasıdır. Əlavə komplektləşdirmənin eksklüziv elementləri avtomobilə daha da nəcib və fərdi görünüşü bəxş etməyə, həmçinin rahatlıq səviyyəsini artırmağa imkan verir. Valehedici lak-boya örtükləri və nəcib interyer estetikası Sizi laqeyd qoymayacaq.

C-Klass Coupe starta hazırdır.

Çoxsaylı innovasiyalar daha çox dinamikanı təmin edir.

İstər yoldakı maneə ilə bağlı hərəkətin bərpa edilməsi, toqquşma təhlükəsinin aşkarlanması zamanı mövcud vəziyyətdən asılı olan əyləcləmə gücləndirilməsi, istərsə də avtomagistralda 210 km/s qədər sürətlə hərəkət edən zaman  məsafənin saxlanması: C-Klass Coupe bununla bağlı sürücüyə artıq bu gün yardım edəcək. Daha etibarlı və diqqətli yol yoldaşını özünə arzu etmək belə mümkün deyil.