Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Mercedes-AMG E 53 4MATIC+ sedan.

E-Sinif Mercedes-AMG sedanı

Mercedes-AMG E 53 4MATIC, qarışıq yanacaq sərfi: 8,8 l/100 km, qarışıq CO2 emissiyası: 200 q/km

Avtomobilin əsas xüsusiyyətləri

İdman avtomobili kimi güclü, biznes sedan kimi peşəkar.

Mercedes-AMG-dən yeni E-Sinif sedanı artıq yalnız ənənəyə görə güclü sedanın təcəssümüdür. Gələcəkdə də belə olacaq. Bu avtomobillə həm rahat bir şəkildə biznes görüşlərinə gedə, həm də idman turları həyata keçirə bilərsiniz.

Eksteryer dizaynı

Sizin ilk təəssürat yaratmaq üçün ikinci şansınız olmayacaq.

Bu Driving Performance E-Sinif paradını emosional və dinamik dizaynlı yeni Mercedes-AMG E 53 4MATIC+ açır. Tamamilə yeni ön

hissə güclü E-Sinfinə daha təsirli görünüş verir.

AMG radiatorunun barmaqlığı

Yeni Mercedes-AMG E 53 4MATIC+ ilə ilk təmasda gözünüzə "A" hərfi formasında AMG radiatorunun səciyyəvi barmaqlığı, həmçinin səciyyəvi ön xromlanmış splitterli və modifikasiya edilmiş hava qəbulediciləri ilə yenilənmiş qabaq önlük çarpacaq. Yastı işıq-diod fənərlərinin yeni dizaynı da diqqətdən kənarda qalmayacaq.

İnteryer dizaynı

Özünüz üçün məftunedici yeni detalları kəşf edin.

Yeni modellərin interyeri sərnişinləri AMG üçün səciyyəvi olan komplektasiya, nəfis işləmə materialları və yeni nəsil MBUX məlumat-əyləncə sistemi ilə qarşılayır. "Performance" anlayışı hələ heç vaxt belə hiss olunacaq dərəcədə açılmamışdır – yeni nəsil AMG Performance sükan çarxları ilə Siz dəqiq reaksiyaların nə demək olduğunu hiss edəcəksiniz, sükan çarxında AMG idarəetmə düymələri isə Sizə həmişə son dərəcə diqqətli olmağa kömək edəcək.

Mərkəzi konsolda sensor paneli

Sensor panelinin köməyi ilə Siz MBUX sisteminin ekranını smartfondan olduğu kimi idarə edə biləcəksiniz. Onun səthinin ətrafında daha çox idarəetmə elementləri yerləşdirilmişdir. Beləliklə, Sizin istənilən vaxt mühüm funksiyalara, məsələn, AMG DYNAMİC SELECT hərəkət rejimlərinə, avtomobilin funksiyalarına, naviqasiyaya və ya telefoniyaya birbaşa çıxışınız olacaq.

AMG Performance oturacaqları

Sürücü və ön sərnişin üçün qırmızı rəngli dekorativ tikişli qara/"Boz titan pearl" rəngli nappa dərisindən istəyə bağlı AMG Performance oturacaqları AMG fəlsəfəsini aydın şəkildə açıqlayır: oturaq vəziyyətdə maksimum idman ruhu və beləliklə avtomobilin idarə olunmasında maksimum müstəqillik və rahatlıq. Bundan əlavə, onlar həm də idarəetmənin xarici görünüşü ilə də inandırırlar. Beləliklə, Sizin istənilən vaxt mühüm funksiyalara, məsələn, AMG DYNAMİC SELECT hərəkət rejimlərinə, avtomobilin funksiyalarına, naviqasiyaya və ya telefoniyaya birbaşa çıxışınız olacaq.

Rəqəmsal ön panel

Vizual olaraq cihazların kombinasiyası və multimedia indikasiyaları üçün hər iki ekran bir qoruyucu şüşə altında vəhdət yaradırlar və beləliklə ön panelin geniş formatlı ekranını yaradırlar. Cihazların kombinasiyası üçün müştəri üç indikasiya üslubu arasında seçim edə bilər: "Modern Classic", "Sport" və "Supersport". Ortada yerləşən dairəvi taxometrli və taxometrdən solda və sağda sütunlu indikatorlar şəklində əlavə məlumatla "Supersport" rejimi xüsusilə maraqlıdır.

AMG-nin arxa önlüyü və AMG İQ emissiya sistemi

Yeni arxa hissə özünün iki seqmentə bölünmüş, yeni daxili dizaynı olan xarici işıqlandırmanın arxa elementləri, eləcə də yeni arxa önlüyü və işlənmiş qaz borusunun səciyyəvi dəyirmi ikiqat taxmaları olan qoşulan İQ emissiya sistemi ilə təəssürat yaradır. Biz bunu özümüzə məhz belə təsəvvür edirdik – ciddi şəkildə, lakin təngə gətirməyərək.

Yüngül lehimli AMG təkər diskləri

Mercedes-AMG E 53 4MATIC+-un eksteryerinin dizaynı öz ekspressiv AMG staylinqi ilə avtomobilin hətta hərəkətsiz dayandığı zaman belə yüksək nailiyyətlərə hazır olduğunu bəyan edir. Məsələn, 5 ədəd ikiqat mil ilə 48,3 sm (19") diametrli aerodinamik cəhətdən optimallaşdırılmış AMG yüngül lehimli təkər diskləri kimi təsirli detallar avtomobilin liderlik ambisiyalarını vurğulayır.

Mercedes-AMG E 53 4MATIC, qarışıq yanacaq sərfi: 8,8 l/100 km, qarışıq CO2 emissiyası: 200 q/km